Çempionşipdə son turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, son tura 22-ci yerdə (düşmə zonası) gurən "Hall Siti" səfərdə "Portsmut"la qarşılaşıb. Matç bərabərliklə başa çatıb - 1:1.
Buna baxmayaraq "şirlər" liqada qalmağı bacarıb. Onlar eyni xala malik olduğu "Luton"dan top fərqi daha yaxşı olduğu üçün bunu bacarıb.
2 il öncə Premyer Liqada olan "Luton" isə 3-cü liqaya (League One) yuvarlanıb.