RU

Özbəkistanlı boksçular Bakıda Azərbaycan millisi ilə hazırlıq keçəcəklər

Bakı, 3 may, AZƏRTAC

Özbəkistanın yeniyetmə boksçuları Bakıya gəliblər.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Bahadır Calolov adına boks üzrə ixtisaslaşmış idman məktəbinin yığma komandası ölkəmizdə təlim-məşq toplanışına qatılacaq.

Özbəklər Bakı Boks Mərkəzində Azərbaycan millisi ilə birgə hazırlıq keçəcəklər. Toplanışa gələn həftə Gürcüstan millisi də qoşulacaq.

Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, “Heydər Əliyev kuboku-2025” mayın 16-21-də keçiriləcək.

Избранный
0
6
azertag.az

10Источники