RU

BNMİ Ucarda məktəblilərlə “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda görüş keçirilib

BNMİ

Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 5 saylı tam orta məktəbdə “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini Qoşqar Kazımov narkomaniyanın cəmiyyətə və gəncliyə vurduğu zərərlərdən danışıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi qabaqlayıcı tədbirləri diqqətə çatdırıb. Erkən nikahların qarşısının alınması mövzusunda da çıxış edən natiq bu hallarının qanunla qadağan olunduğunu və gənclərin gələcəyi üçün təhlükəli nəticələr doğurduğunu vurğulayıb. Tədbirin əsas məqsədi məktəblilərin hüquqi biliklərini artırmaq və onları zərərli vərdişlərdən uzaq tutmaq olub. Görüş interaktiv şəkildə davam edib, şagirdlərin sualları cavablandırılıb.BNMİ✍️"Ulusum".az

Diqqət Çəkənlər

Xalq artisti Kamal Xudaverdiyevin anadan olmasının 87 ili tamam olur - VİDEO

Azərbaycanın təbii və mədəni irsi - VİDEO

Xocalıda qumbara partladı - Yeniyetmə oğlan xəsarət aldı

Избранный
0
ulusum.az

1Источники