RU

"Qarabağ" "Sumqayıt"la oyuna neçə itki ilə çıxacaq? - SON DURUM

Misli Premyer Liqasının 33-cü turunda "Sumqayıt"ı qəbul edəcək "Qarabağ" "kimyaçılar"la oyunun hazırlıqlarını davam etdirir.

Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, yalnız bir futbolçu çalışmalara qatılmır:

"Cəzalı oyunçu yoxdur. Hazırda yalnız qapıçı Șahruddin Mëhəmmədəliyev kollektiv məşqlərdə iştirak etmir. Fərdi çalışmalarla kifayətlənən Şahruddindən başqa heç bir futbolçu zədəli deyil".

Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" qarşılaşması mayın 4-də keçiriləcək. "Azersun Arena"da reallaşacaq görüşün start fiti 18:00-da səsləndiriləcək. Çempionluğu vaxtında əvvəl təmin edən Ağdam təmsilçisi 77 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıbsa, 30 xala malik Sumqayıt komandası 8-ci pillədədir.

Nihat

Избранный
0
fanat.az

1Источники