RU

“TikTok” 530 milyon avro cərimələndi


İrlandiya Məlumatların Mühafizəsi Komissiyası Çinin “ByteDance” şirkətinin “TikTok” şirkətini avropalı istifadəçi məlumatlarını Çinə ötürdüyünə görə 530 milyon avro cərimələyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə komissiyanın bəyanatında deyilir.
“Qərara ümumi məbləği 530 milyon avro olan inzibati cərimələr və “TikTok”dan məlumatların emalının altı ay ərzində uyğunlaşdırılmasını tələb edən sərəncam daxildir. Həmçinin, qərarda məlumatların emalı göstərilən müddət ərzində tələblərə uyğunlaşdırılmazsa, “TikTok”un Çinə məlumat ötürülməsinin dayandırılması əmri də var”, - komissiya bəyanatında qeyd edib.
Qeyd edək ki, bu cərimə İrlandiya tənzimləyicisi tərəfindən indiyə qədər tətbiq edilən üçüncü ən böyük cərimədir. Bundan əvvəl “Meta” korporasiyası 1,2 milyard avro, texnologiya nəhəngi “Amazon” isə 746 milyon avro cərimələnib. “TikTok” özü daha əvvəl yetkinlik yaşına çatmayanların şəxsi məlumatlarının işlənməsi ilə bağlı iddia edilən pozuntulara görə tənzimləyicidən 345 milyon avro cərimə alıb.
Избранный
0
1
yeniavaz.com

2Источники