ABŞ Prezidenti Donald Tramp ölkənin qısamüddətli perspektivdə resessiya ilə üzləşəcəyini mümkün hesab edib...
Oxu.Az xəbər verir ki, o, müvafiq bəyanatı "NBC News" telekanalına müsahibəsində verib.
O, jurnalistin potensial resessiyanın başlamasına dair sualını cavablandırarkən vurğulayıb:
"Hər şey ola bilər, amma mən düşünürəm ki, biz ölkəmizin tarixində ən böyük iqtisadiyyata sahib olacağıq".
D.Tramp, həmçinin ABŞ iqtisadiyyatının hazırkı vəziyyətini keçid dövrü adlandırıb və onun fantastik gələcəyi olacağını proqnozlaşdırıb.
Poliqon.info