RU

Məşhur aktrisanın bu sözləri gündəm oldu: "Özümü deyil, insanları dəyişirəm”

Türkiyənin məşhur aktrisası Meryem Uzerli gözəlliyin trendlərə deyil, daxili rahatlığa əsaslandığını vurğulayıb.

Bizim.Media xəbər verir ki, məşhur aktrisa, L'Officiel Türkiye jurnalına verdiyi xüsusi müsahibədə gözəllik anlayışı, bədən sevgisi və özünəinamla bağlı diqqətçəkən açıqlamalar verib.

Məşhur aktrisa yaş artdıqca gözəllik anlayışının dəyişdiyini bildirib:

"Bədənimi həyatımın hər dövründə sevirəm. Medianın gözəllik anlayışı trendlərə əsaslanır. Mən özümü ən gözəl hiss etdiyim an, məni sevən insanlarla olduğum anlardır. Əgər başqaları bədənimlə bağlı mənə bir nöqsan hiss etdirirsə, özümü yox, ətrafımdakı insanları dəyişdirirəm"(lent.az)

Bizim.Media

Избранный
0
4
bizim.media

5Источники