RU

“Rəfiqə dediyi adam ona pislik etdi, həmin insana görə Əminə xanımı işdən də çıxardılar”-İLLƏRİN SİRRİ açıldı-ÖZƏL+FOTO

“Əminə xanımın ölümündən bir gün əvvəl Beynəlxalq rəqs günü idi. Təsadüfə baxın ki, biz hamımız həmin günü onu təbrik etmək üçün Əminəxanımgilə getmişdik. Səhəri günü Əminə xanımı itirdik. Əminə Dilbazi Azərbaycan xalq rəqsinin ilk qadın ifaçısıdır. Onun ilk rəqsi “Tərəkəmə” idi. Ümumiyyətlə “Tərəkəmə” ilk qadın solo rəqsi kimi qələmə verilir. Əminə xanım baxmayaraq ki, incə, zərif bir gözəl xanım idi, amma onun xarakteri çox mərd, kişi xasiyyətli idi”
 
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış rəqqas Tahir Eynullayev Əminə Dilbazi haqda danışarkən deyib. O daha sonra əlavə edib:
 
“Əminə Dilbazi o vaxt müharibə illərində cəbhəyani bölgələrə gedib rəqslər oynayardı. Bəzən tərəf müqabilləri qorxudan yaxud da hansısa səbəblərdən onunla getməyəndə, Əminə xanım solo rəqslər nümayiş etdirirdi. O həmişə vətəninə, xalqına dəstək olurdu. Həddindən artıq çox tələbkar müəllim idi. Xətrini istədiyi tələbələri ilə dost olurdu. Bunu hər yerdə deyirəm və deyəcəm də. O məşhur “Turacı” rəqsini ifa etməyə 3 nəfərə icazə vermişdi. O 3 nəfərlə də şəxsən özü məşq edirdi. Onlardan biri əməkdar artist Sevinc Nəsirova, Aysel Əliyeva və Günel Eynullayeva idi. Məhz Aysel Əliyeva və Günel Eynullayeva Əminə xanımın yetirmələridir. Məni müəllim kimi püxtələşdirən və öyrədən məhz Əminə xanım Dilbazi olub. Bu gün də ona minnətdaram. O mənim qoruyucu mələyim idi. Hansısa bir xarici ölkəyə gedəndə yanına gedib, xeyir-dua istəyirdim. Həmişə də mənə uğurlar arzulayırdı. Hardasa 10 il olar ki, biz yaxın dost idik. Əminə xanım mənə həyatından çox əhvalatlar danışırdı. Rəqs tarixini çox gözəl bilirdim. Amma Əminə xanımın kulisarxası danışıqlarından mən özümdə dərk etdim, bildim ki, rəqs üzdə başqa sənətdir, içdə isə tam başqa bir sənətdir. Özünü Əminə xanımın rəfiqəsi, yaxını kimi təqdim edən insanlar vaxtilə ona nə qədər pislik ediblər. Amma yenə də buna baxmayaraq Əminə Dilbazi bunları özündə saxlayıb, heç vaxt gedib şikayət etməyib, üzə vurmayıb. Hətta bu pisliklərdən birinin nəticəsi olaraq Əminə xanımı işdən çıxarırlar. Əminə xanım heç kimə heç nə demədən, hər gün işə gedirmiş kimi evdən çıxır, şəhəri gəzir, başqa işlərinin arxasınca gedir və evə qayıdır. Heç kəs bilmir ki, Əminə xanım işdən çıxıb. Evdəkilər də bilmirdilər ki, o işə getmir. Dövlət konsertlərindən birində görürlər ki, Əminə xanım səhnədə yoxdur. Bu zaman bilirlər ki, o işdən çıxarılıb. Onu dərhal işə qaytarıb, baletmeystr vəzifəsinə təyinatını verirlər. O işə qayıdandan sonra hamı bilir ki, belə bir hadisə olub. Əminə xanımı çox adam sevməyib, amma üzdə göstərməyiblər. Həmin insanların bəziləri dünyasını dəyişib, bəziləri isə yaşayır. Ona ən sadiq Aliyə xanım Ramazanova olub. Həmişə bayramlarda, pis və çətin günlərində ona dayaq olub. Əminə xanım bütün dünyada yeganə bir rəqqasədir ki, 4 övladı var. 4 övladını boya-başa çatdırana qədər o nə analıq məzuniyyətinə çıxıb, nə də səhnədən uzaqlaşıb. Həmişə konsertlərdə olub. “Qaval” rəqsini Moskvada ifa edərkən orada biliblər ki, Əminə xanımın “xalq artisti” titulu yoxdur. Moskvadan qərar gəlir ki, bu rəqqasə “xalq artisti” olmalıdır. Ona dərhal “xalq artisti” fəxri adını verirlər. Əminə Dilbazi böyük bir xəzinədir, böyük bir insandır. Baxmayaraq ki, dünyada tanınmış rəqqasə idi, amma o avtobusla gəzirdi, işə, bazara gedib gəlirdi. Bilirsiniz ki,Əminə xanımın həyat yoldaşı Cövdət Hacıyev Konservatoriyanın rektoru idi, onların şəxsi sürücüsü var idi. Əminə xanım o maşından istifadə etmirdi. O pula görə yox, həmişə xalqın içində olmağı sevirdi, onlarla təmasa girirdi. Xalq onu görəndə bir biləsiniz ki, necə sevinirdi” deyə sənətçi bildirib.
 
 
Избранный
0
moderator.az

1Источники