"Euronews" telekanalı Azərbaycanın Qarabağ bölgəsinin ərazisində - Şuşa və Xocalıda aşkar edilmiş kütləvi məzarlıqlar mövzusunu işıqlandırıb.
Far.Az report-a istinadən xəbər verir ki, kanalın materialında deyilir ki, tapılan qalıqların Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş insanlara aid olduğu ehtimal edilir. Bundan əlavə, ekspertlər mümkün işgəncə əlamətlərini aşkar ediblər.