Çinin Szyansu əyalətinin Suçjou şəhərində helikopter qəzaya uğrayıb.
ONN media “Sinxua” agentliyinə istinadən xəbər verir ki, “Robinson R44 II” helikopterinin pilotu eniş zamanı idarəetməni itirib, nəticədə aparat təxminən 10 metr hündürlükdən yerə çırpılıb.
Nəticədə 1 nəfər ölüb, 4 nəfər isə müxtəlif xəsarətlər alıb.
Əyalətin mülki aviasiya idarəsi qəzanın səbəblərini araşdırır.