RU

Xocalıda 17 yaşlı oğlanın əlində qumbara partladı:ÜÇ BARMAĞINI İTİRDİ

 

Senzor.az bildirir ki, Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) Mətbuat xidmətlərinin birgə yaydıqları məlumatda belə deyilir. 

 

Qeyd edilib ki, hadisə nəticəsində Tovuz rayonu, Cəlilli kənd sakini - 2008-ci il təvəllüdlü Məmmədov Aqşin Arif oğlu əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sağ əlindən xəsarət alıb. Hadisə nəticəsində zərərçəkənin 3 barmağı amputasiya olunub.

 

Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.

 

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

 

Избранный
0
49
senzor.az

10Источники