RU

ABŞ-nin Rusiya-Ukrayna münaqişəsində vasitəçi rolu davam edəcək - Temmi Brüs

Bakı. Trend:

ABŞ hələlik Rusiya ilə Ukrayna arasında vasitəçilik rolunu davametdirir, lakin münaqişənin həllində irəliləyiş baş vermədiyitəqdirdə bu mövqe dəyişə bilər.

Trend xəbər verirki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəriTemmi Brüs “Fox News” telekanalının efirində çıxışı zamanıbildirib.

“Hazırda bizim mövqeyimiz eyni olaraq qalır. Lakin irəliləyişolmasa, bu dəyişəcək. Və bu dəyişiklik vasitəçi kimi fəaliyyətimizəaid olacaq. Buna baxmayaraq, biz hələ belə bir nöqtədə deyilik”, –deyə Brüs qeyd edib.

O, həmçinin vurğulayıb ki, bu mövqe dəyişikliyi ABŞ-ın atəşkəsənail olmaq və ya münaqişəni tamamilə dayandırmaq istəyindən imtinaetməsi anlamına gəlmir.

Избранный
0
az.trend.az

1Источники