RU

Qazaxıstan Avropa və Asiya bazarlarına 54,9 milyon ton neft ixrac edib



Ötən il Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə Avropa və Asiya bazarlarına 54,9 milyon ton neft ixrac edib.

Newscenter.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat verib. Bildirilib ki, Atırau-Samara kəməri ilə 8,8 milyon ton yük daşınıb. Aktau limanı ilə 3,6 milyon ton, Atasu-Alaşankou marşrutu ilə isə 1,2 milyon ton neft Çinə çatdırılıb.

Qazaxıstanın neft ixracı üçün əsas istiqamət Avropa İttifaqı ölkələri, o cümlədən İtaliya, Fransa, Hollandiya və başqalarıdır. Hindistana, Mərkəzi Asiya ölkələrinə və Cənubi Koreyaya da göndərir. Tələb baxımından ən böyük ölkə İtaliyadır.

Mehman Mehdiyev
Избранный
0
newscenter.az

1Источники