RU

Azərbaycan Basketbol Liqası: “Sabah” final seriyasının ilk oyununda “Neftçi”ni məğlub edib

Bakı, 2 may, AZƏRTAC

Azərbaycan Basketbol Liqasında final seriyasının ilk oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Sabah” və “Neftçi” komandaları raundun birinci matçında qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan görüş gərgin və maraqlı alınıb.

Qarşılıqlı hücumlar şəraitində baş tutan matç "tələbələr"in 94:89 hesablı qələbəsi ilə yekunlaşıb.

Final seriyasında 4 qələbə qazanan komanda qızıl medalların sahibi olacaq. Digər oyunlar 4, 6 və 8 mayda reallaşacaq.

Избранный
0
2
azertag.az

7Источники