RU

"Azərbaycanda işgəncələr geniş yayılıb": Amnesty hesabatı

Azərbaycan Amnesty International-ın 2025-cü il hesabatında insan hüquqlarının pozulmasına görə tənqid olunub.

"Hakimiyyətin qadağaları ölkədə insan hüquqlarına hörməti azaldıb, jurnalistlər, hüquq müdafiəçiləri və fəallar qanuni fəaliyyətlərinə görə həbs olunublar. İşgəncə və digər pis rəftar halları geniş yayılıb".

Hesabatda iddia olunub ki, Qarabağ münaqişəsi ilə bağlı baş vermis qanun pozuntularına görə kimsə məsuliyyətə cəlb edilməyib.

Amnesty international-ın hesabatına görə, LGBTİ fərdləri ədalətli yanaşmadan məhrum edilib.

Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva hesabatı həqiqəti əks etdirməyən, birtərəfli, qərəzli sayıb.

Səbinə Əliyeva təşkilatın rəhbərinə etiraz məktubu yazaraq bildirib ki, hesabatda Ermənistandan qovulmuş 250 mindən artıq azərbaycanlının qayıdış məsələsi yer almayıb.

O bildirib ki, hesabatda azərbaycanlıların üzləşdiyi mina təhlükəsi və Birinci Qarabağ müharibəsindən bəri itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi ilə bağlı da məlumat verilməyib.

Azərbaycan hakimiyyəti insan haqları ilə bağlı üvanına səslənən itihamları rədd edir və ölkədə heç kəsin fikir ayrılığına görə təqib olunmadığını bəyan edir.

Prezident İlham Əliyev media təmsilçilərinin və ictimai fəalların həbsini onların qanunu pozması ilə izah edib.

Ətraflı YouTube kanalımızda izləyin.

Избранный
0
bbc.com

1Источники