Suriyada son döyüşlərdə 100-dən çox adamın həlak olması vəziyyəti dərindən narahat edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BMT-nin Suriya üzrə Komissiyasının bəyanatında deyilir.
"Son günlərdə məzhəblərarası zorakılığın artması və Dəməşq çölündə qarşıdurmaların artması, Suveyda əyalətinə də sirayət edib. Suriyanın insan hüquqlarına hörmət əsasında dayanıqlı sülhə aparan yolu ilə bağlı dərin narahatlıq doğurur. Məlumata görə, 100-dən çox adam, o cümlədən bir neçə mülki şəxs həlak olub", - bəyanatda deyilir.
BMT komissiyası müvəqqəti hökuməti beynəlxalq hüququn bu pozuntuları ilə bağlı operativ, qərəzsiz və müstəqil araşdırmanı təmin etməyə və günahkarları Suriya qanunlarına uyğun olaraq məsuliyyətə cəlb etməyə çağırıb.
BMT həmçinin hesab edir ki, İsrailin Suriya ərazisinə davam edən hava hücumları daha da parçalanma və mülki şəxslərə zərər vurma riskini artırır.