Bu gün Premyer Liqada 33-cü tur start götürəcək.
Sportinfo.az xəbər verir ki, ilk günə 1 matç nəzərdə tutulub. "Zirə" öz meydanında "Turan Tovuz"u qəbul edəcək.
Hazırda paytaxt təmsilçisi turnir cədvəlində 64 xalla 2-ci, bölgə klubu isə 49 xalla 4-cüdür. Rəşad Sadıqovun komandası ötən tur avrokuboklara vəsiqəni təmin edib.
"Zirə" əgər bu gün qələbə qazanarsa, sona 3 tur qalmış artıq mövsümü 2-ci yerdə bitirməyi də təmin edəcək.
Lakin Bakı klubu heç-heçə edərsə və ya uduzarsa, 3-cü sıradakı "Araz-Naxçıvan"ın "Sabah"la sabahkı oyununun nəticəsini gözləməli olacaq.
"Zirə" ilə "Turan Tovuz" arasında əvvəlki 3 turda keçirilən matçlarda 1 dəfə "Zirə" qalib gəlib (2:0), 1 dəfə "Turan Tovuz" qələbə qazanıb (1:0), 1 dəfə isə heç-heçə qeydə alınıb (0:0).
20:00. "Zirə" – "Turan Tovuz" 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Namiq Hüseynov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Rüfər Əmirov.
Zirə İdman Kompleksinin stadionu