RU

Husilər İsrail ərazisinə raket atıb

Husilər İsrailin Hayfa şəhərini raketlə vurub. 

Herbiand.az “Al Masirah” kanalına istinadən xəbər verir ki, Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər İsrailə hipersəs ballistik raket atdığını elan edib.

Məlumatı husilərin hərbi nümayəndəsi Yəhya Sariya verib. “Yəmənin raket qüvvələri hərbi əməliyyat keçirərək işğal olunmuş Hayfa bölgəsində İsrailin kritik obyektini hipersəs ballistik raketlə vurub. Bu, bir neçə saat ərzində ikinci belə əməliyyatdır”.

İsrail ordusunun mətbuat xidməti hərbçilərin Yəməndən yeni raket buraxılışını qeydə aldığını bildirib. Bu gün səhər saatlarında İsrail ordusu ölkənin hava məkanından kənarda bir raketi zərərsizləşdirib. 

Избранный
0
8
herbiand.az

3Источники