"Barselona"nın sabiq baş məşqçisi Xavi yenidən klub çalışdıracaq. 

Offsideplus.az xəbər verir ki, ispan mütəxəssis Ange Postekoqlunun gedişi halında "Tottenhem"də baş məşqçiliyə əsas namizəddir. London təmsilçisi Postekoqlu ilə cari mövsümün sonunda vidalaşmağı düşünür.

Qeyd edək ki, Xavi sonuncu dəfə "Barselona"nı çalışdırıb və onu bu vəzifədə Hansi Flik əvəzləyib.