RU

Pezeşkianın Bakıya siyasi mesajları, yoxsa dil sürüşmələri?

Məsud Pezeşkianın Bakıda bəzi söylədikləri siyasi mesajdır, yoxsa dil sürüşmələri? İran Prezidentinin Bakıda nə dediyinə baxaq.

İran Prezidentinə şəhəri göstərib Bakıda 3,5 milyon əhali yaşadığını deyən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sözlərinə cavab olaraq, Pezeşkiana deyib ki, "Ölkənin yarısı Bakıdadır ki".

Bu, Azərbaycandakı regionların sosial-iqtisadi vəziyyəti ilə bağlı ictimai narazılığı xatırlada bilər. Elə xalq da bunu deyir, deyir ki, regionlarda iş yoxdur, ölkənin yarısı Bakıdadır.

Məsud Pezeşkian Bakıya gəlmədən əvvəl AzTV-yə müsahibəsində deyib ki, ölkələrin gərək "Başqasının torpağında gözü olmasın".

Bu bəyanat Azərbaycanın Zəngəzur dəhlizilə bağlı mövqeyinin tənqidi ola bilərmi?

Bu cür birbaşa ifadəni indiyə qədər nə Ermənistanın dəstəkçisi Fransa prezidenti Emmanuel Makron, nə də digər beynəlxalq liderlər bu şəkildə deyib.

Pezeşkian AzTV-yə müsahibəsində onu da demişdi ki, iki tərəf qohumdur və əlaqələrə töhfə vermək üçün "yolları açamalıyıq".

Azərbaycanda sadə xalq arasında quru sərhədlərin bağlı olmasına görə böyük narazılıq var - müxtəlif rayonlarda və Bakıda BBC-yə danışanlar da bunu bizə deyiblər.

Pezeşkianın Bakıya səfərdən öncə müsahibədə bu dedikləri BBC auditoriyası arasında çoxlarının ürəyincə olub - bizə gələn şərhlərdən belə görürük.

Videoya Youtube kanalımızda baxa bilərsiniz.

Избранный
0
bbc.com

1Источники