RU

PSJ Dembelenin zədəsi ilə bağlı açıqlama yaydı

PSJ  klubu cinah hücumçusu Usman Dembelenin  zədəsi ilə bağlı açıqlama yayıb. 

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Açıqlamada bildirilir: 

“Presnel Kimpembe sağ ayağının ikinci metatarsal sümüyündə şişkinlik səbəbindən bir neçə həftə fiziki fəaliyyətdən uzaq qalacaq.Usman Dembele isə sağ ayağının dartılması ilə əlaqədar olaraq müalicə alır. Onun vəziyyəti getdikcə yaxşılaşır. Ətraflı məlumat tezliklə veriləcək.”

Dembele bu mövsüm bütün turnirlərdə 46 oyun keçirib, 34 qol vurub və 12 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.

Избранный
0
90deqiqe.az

1Источники