RU

“Hafizlə 700 il” Beynəlxalq elmi konfrans keçiriləcək

Yazını böyüt
Yazını kiçilt

Tacikistan Respublikası Hökuməti və Parisdəki Rudaki Assosiasiyası UNESCO ilə əməkdaşlıq çərçivəsində 11 iyun tarixində Parisdə Hafiz Şirazinin yubileyinə həsr olunmuş “Hafizlə 700 il” adlı Beynəlxalq Elmi Konfrans keçirəcək. Tədqiqatçı və alimlər konfransda əyani və ya onlayn şəkildə iştirak etməyə, eləcə də məqalələr təqdim etməyə dəvət olunurlar.

Tacikistanın ölkəmizdəki səfirliyindən Hafta.az-a verilən məlumata görə, konfransın məqsədi:Hafiz Şirazinin bənzərsiz irsini dərindən öyrənmək və böyük söz ustadının dünya sivilizasiyasına verdiyi töhfəsinin əsl dəyərini dərk etməkdir.

Konfransın mövzuları:

1. Hafiz Şirazi - şair, filosof və mütəfəkkir;

2. Hafiz ədəbi irsinin öyrənilməsi zərurəti;

3. Hafiz və onun yaradıcılığının dünya mədəniyyətlərinə təsiri;

4. Hafiz poeziyasında azad fikirli insan obrazı;

5. Hafiz yaradıcılığında humanizm, sülhsevərlik və tolerantlıq dəyərləri;

6. Hafizin dini xurafat və təəssübkeşliyi aradan qaldırmağa çağırışı;

7. Hafiz beytlərində dostluğun vəsf edilməsi;

8. Müasir dünya Hafiz düşüncələri prizmasından;

9. Ədəbiyyat və fəlsəfi tənqidçilərin nəzərindən Hafiz poeziyasının özünəməxsus xüsusiyyətləri;

10. Musiqinin, xüsusən “Şaşmakom”un inkişafında Hafiz poeziyasının rolu;

11. Hafizin insanı mənəvi kamilliyə doğru istiqamətləndirən nəsihəti.

Konfransın işçi dilləri: fars, ingilis, fransız.

Məqalə tələbləri:

- Məqalənin həcmi istifadə olunan mənbələrin siyahısı daxil olmaqla 6000 sözə qədər;

- Müəllif haqqında məlumat: soyadı, adı, elmi adı və dərəcəsi, iş yeri, vəzifəsi, ünvanı, telefon nömrəsi və e-poçt ünvanı;

- Məqalə MS DOC və PDF formatında təqdim edilməlidir;

- Məqalənin və/və ya video mesajın təqdim edilməsi üçün son tarix: 15 may 2025-ci il;

- Onlayn şəkildə qatılan iştirakçılar üçün təqdimatın müddəti: 5 dəqiqə.

Hesabatları [email protected], [email protected] elektron poçt ünvanlarından göndərmək olar.

Konfrans iştirakçılarının seçilmiş məqalələri ayrıca topluda nəşr olunacaq.

Tacikistan Respublikasının UNESCO üzrə Milli Komissiyasında təmsil olunurlar: 1. Zulfiyya Burxon, 2. YaxyoValiyev, 3. Malika Rahimi, 4. Tahmina Saburova.

Daha geniş məlumat almaq istəyənlər +992 37 2216001 və +992 37 2277516 telefon nömrələrinə zəng vuraraq əlaqə saxlaya bilərlər.

Избранный
0
hafta.az

1Источники