RU

Orban: Aİ Ukraynaya pul daşıyır, öz iqtisadiyyatını iflasa sürükləyir

BAKI, 2 may. TELEQRAF

Avropa İttifaqı rəhbərliyinin Ukraynaya hərbi dəstək və bu ölkənin birliyə qəbul edilməsi istiqamətində apardığı siyasət regionun iflasına səbəb olacaq.

Teleqraf xəbər verir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban "Kossuth" radiostansiyasının səhər proqramında çıxışı zamanı bildirib.

"Avropanın pulları, o cümlədən bizim pullarımız Ukraynaya daşınır. Aİ iqtisadiyyatı ciddi maliyyə çatışmazlığı ilə üz-üzədir", - deyə o söyləyib.

Orbanın sözlərinə görə, Aİ liderləri Ukraynanın 2030-cu ilədək birliyə sürətlə daxil olmasına çalışırlar:

"Bu prosesin maliyyələşdirilməsi üçün Brüssel "nəhəng kredit" götürmək niyyətindədir ki, bu da Aİ üçün yeni borc deməkdir. Bu vəsaitin böyük hissəsi Ukraynaya yox, artıq orada fəaliyyət göstərən iri xarici şirkətlərə çatacaq. Hər halda, Ukraynanın Aİ-yə daxil edilməsi Avropa iqtisadiyyatını dağıdacaq. "Aydındır ki, Ukraynaya üzvlük məsələsində tələsik qərar vermək yanlış və zərərli siyasətdir. Lakin vəziyyət nəzarətdən çıxmamış bunun qarşısı alınmalıdır", - deyə baş nazir vurğulayıb.

Orban qeyd edib ki, hazırda Macarıstanda Ukraynanın Aİ-yə daxil olması ilə bağlı referendum keçirilir və Budapeşt bu referendumun nəticələrini Brüssellə danışıqlarda nəzərə almaq niyyətindədir.

Избранный
0
teleqraf.com

1Источники