“Liverpul”un sabiq futbolçusu Ceymi Karrager “Barselona”nın gənc vingeri Lamin Yamal haqda danışıb.
Futbolpress.az xəbər verir ki, İngiltərə mətbuatına danışan mütəxəssis 17 yaşlı oyunçunu Lionel Messiyə bənzədib:
“Onu izləmək Messinin zirvədəki dönəmini izləmək kimidir. Top ayağına gələndə bütün oyun dayanır, hər kəs nə edəcəyini görmək üçün gözləyir”.