RU

Sabirabaddakı ağır qəzanın baş vermə anı – VİDEO

Xəbər verdiyimiz kimi, Sabirabadda avtomobilin aşması nəticəsində qardaşlardan biri ölüb, digəri xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə Çiçəkli kəndində qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sabirabadda bir ailənin iki üzvü qəzaya düşüb, ölən və yaralanan var


Belə ki, “Priora” markalı avtomobil hərəkətdə olarkən qarşısına mal-qara çıxıb.

Sürücü avtomobili heyvanlardan yayındıran zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə zamanı rayonun Cəngan kənd sakinləri; 1998-ci il təvəllüdlü Məmmədov Raqif Telman oğlu və qardaşı, 2000-ci il təvəllüdlü Məmmədov Elşad Telman oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

E.Məmmədov ağır xəsarətlər aldığından həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

“Unikal.az”a istinadən qəzanın başvermə anının görüntülərini təqdim edirik:



Bizim.Media

Избранный
0
1
bizim.media

10Источники