RU

Sumqayıtda hasar "Kamaz"ın üstünə aşdı - Ölən var

BAKI, 2 may. TELEQRAF

Sumqayıt şəhərində faciəli hadisə baş verib, "Kamaz" sürücüsü həyatını itirib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə. hadisə bu gün Sumqayıt şəhərinin H.Z. Tağıyev qəsəbəsi, Əkinci küçəsində yerləşən İdeal Kərpic Zavodunun qarşısında baş verib.

1988-ci il təvəllüdlü Natiq Haqverdiyev həmin ərazidə idarə etdiyi yük maşının saxlayıb, özü isə maşının kabinəsində yatıb.

bu zaman güclü küləyin təsiri ilə daş hasar aşaraq "Kamaz"ın üzərinə düşüb.

Nəticədə, sürücü kabinədən sıxılaraq qalıb və ciddi xəsarətlər alıb. Hadisə yerinə yaxınlıqda olan "Traktor"un sürücüsü dərhal kömək etməyə çalışıb.

Daha sonra sürücü təcilə yardım avtomobili ilə xəstəxanaya aparılıb. Xəstəxanada sürücüyə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırmalar başlanıb.

Избранный
0
teleqraf.com

1Источники