RU

ABŞ İranla nüvə sazişinin şərtlərindən birini açıqladı


ABŞ Dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində İranla nüvə razılaşmasının şərtlərindən birini açıqlayıb.

Dövlət katibinin sözlərinə görə, Tehran amerikalılar da daxil olmaqla, müfəttişlərin hamısını bütün nüvə obyektlərinə buraxmalıdır.

“Əgər onlar dinc nüvə enerjisi istəyirsə, amerikalılar da daxil olmaqla, müfəttişlərin hamısının bütün nüvə obyektlərinə girişinə icazə verməlidir”, - deyə Marko Rubio bildirib.

Onun fikrincə, digər ölkələrin nümayəndələri də İrana ekspert kimi gələ bilər, lakin Tehran amerikalı müfəttişlərin ölkəyə girişinə qadağa qoya bilməz.

ZÜMRÜD

Избранный
0
3
baki-xeber.com

4Источники