RU

Ronaldo əcaib halda gözə dəydi - Video

Futbol üzrə Portuqaliya millisinin və “Əl-Nəsr”in 40 yaşlı ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo son günlərdə yenidən gündəmdədir.

Arena.az məlumat verir ki, Səudiyyə Ərəbistanı komandası bugünlərdə Asiya Çempionlar Liqasının yarımfinalında Yaponiya “Kavasaki Frontale”sinə uduzub – 2:3.

Oyundan sonra “Nəcd cəngavərləri”nin portuqal ulduzu meydanın mərkəz dairəsində qəribə halda gözə dəyib. Komandasının yarışdan kənarlaşdırılmasından sonra, Ronaldo əlini-qolunu ölçə-ölçə öz-özü ilə tək-tənha nəsə danışıb, götür-qoy edib, çiyinlərini çəkib, göylərə əl açıb, səmaya baxıb, bir sözlə, sanki kölgəsi və tanrısı ilə ünsiyyət edib.

Çox təsirli bu məqamın videogörüntüsünü oxucularımıza təqdim edirik:

Избранный
0
arena.az

1Источники