RU

BOKT-lara üz tutanlar niyə çoxalıb? - "Kredit şərtləri sərt olmalıdır"

Bunu Ajans.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib.O bildirib ki, banklar istehlak kreditlərinə daha çox maraqlı olduqları müddətdə kredit şərtlərinin sərt olması vacibdir: “Hətta mən deyərdim ki, Mərkəzi Bank kommersiya banklarının şərtlərini bir az da sərtləşdirsə, daha yaxşı olar. Çünki istehlak kreditləri üzrə necə gəldi maliyyələşmə sonda problemli kreditlərin artmasına gətirib çıxarır. 2015-ci ilə qədər banklar necə gəldi istehlak krediti verirdilər, şərtlər yumşaq idi. Xüsusən də avtokreditlər çox sadə idi. Ard-arda manatın iki devalvasiyası nəticəsində banklar çətin vəziyyətdə qaldı. Ona görə də şərtlərin sərt olması daha məqsədəuyğundur”. İqtisadçı kredit faizlərinin yüksək olmasından danışarkən qeyd edib ki, bunun əsasında üç amil durur: “Birincisi, kreditə tələbat çoxdur. İkincisi, 3-4 bank istisna olmaqla, banklarda ucuz kredit vermək üçün kifayət qədər resurs yoxdur. Ölkədəki 22 bankdan yalnız 4-5-nin ucuz kredit vermək imkanı var, digər banklarda isə o qədər də vəsait yoxdur. Üçüncüsü, risk səviyyəsi yüksəkdir. Bunlara görə bizdə kredit faizləri yüksəkdir və görünən budur ki, bu vəziyyət uzun müddət davam edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Избранный
0
Ajans.az

1Источники