
Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, 9 Mayda Moskvaya planlaşdırdığı səfər Avropa İttifaqı üçün Ukraynadakı vəziyyətdən və enerji böhranından daha vacib mövzuya çevrilib. Onun sözlərinə görə, Avropa siyasətçilərinin bu səfərə görə sanksiyalarla hədələməsi onun qərarını dəyişməyəcək. Bu barədə Serbiya nəşri Politika yazır.“Onların danışacağı başqa mövzusu yoxdur. Dünya yanır, Ukrayna ilə bağlı nə edəcəklərini bilmirlər, elektrik enerjisində fasilələr yaşanır. Təsəvvür edin, Serbiyada 24 saatlıq elektrik kəsilsəydi, bizi başaşağı asardılar. Amma əsas problem mənim Moskvaya səfərimdir,” – deyə Vuçiç vurğulayıb.Vuçiç əlavə edib ki, Serbiya Avropa yolundan dönməyəcək, hətta bu sanksiyalarla nəticələnsə belə. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinə Moskvaya gəlmək niyyətində olduğunu əvvəlcədən çatdırıb və bu səfərdən imtina etməyəcək, çünki bu, xalqına verdiyi vəddir.“Ora başqası getməyəcək və əzab çəkməyəcək. Mən gedəcəyəm — təkcə mənə bir şey olmasa və ya Serbiya üçün inanılmaz təhlükə yaranmasa,” – deyə prezident bildirib.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Müğənni Günəş estetik cərrahdan şikayətçidir: Çılpaq fotolarımı yayımladı - VİDEO
Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyin edilib
Qəzzaya Yardım Yolu və Regional Ssenarilər