RU

Rusiyaya qarşı ictimai təşkilatlar səviyyəsində etiraz bəyanatı təklif olunur

BAKI, 2 may. TELEQRAF

"Son 5 ildə Azərbaycan informasiya məkanına müdaxilələr olur".

Teleqraf xəbər verir ki, bunu Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Müşfiq Məmmədli Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvvəqəti komissiyası tərəfindən “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, 2020-ci və 2023-cü ildə ölkənin ümumilikdə 60-dək media orqanına hücum oldu:

"Bundan başqa, daxili rəyi də çaşdırmağa çalışan hücumlar olur. Təklif edərdim ki, yeni addımlar atılsın. Rəhbərlik etdiyin təşkilat 6 ölkə ilə birlikdə belə vaxtlarda necə davranmaq lazımdır onunla bağlı hesabat hazırladıq. Amma ölkədəki media orqanları arasında əlaqələr, dialoqlar yaranmalı, belə vəziyyətlədə necə davranmaq lazım olduğunu müəyyən etmək lazımdır".

M.Məmmədli təklif edib ki, ən azı ictimai təşkilatlar səviyyəsində Rusiyaya qarşı etiraz bəyanatı olsun.

Onun sözlərinə görə, Rusiya - Ukrayna müharibəsi başladıqdan sonra, rəsmi Moskva ölkəmizin onlarla rus dilli media orqanına girişi Rusiyada qadağan edib.

Избранный
0
teleqraf.com

1Источники