RU

Elşad Hacıyev: Kibercinayətkarlığa yüksək vəzifəli şəxslər, həkimlər də məruz qalır

Sosial şəbəkə saytlarında dəyəri 1000 manata olan əşya 300-400 manata qoyulubsa, deməli burada aldatma niyyəti ola bilər və ya məhsul keyfiyyətsizdir. Belə hallarla bağlı Azərbaycan vətəndaşlarına ən çox Avropa, Afrika ölkələrindən zənglər gəlir və onların şəxsi məlumatları əldə edilir.

Teleqraf xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forumun panel müzakirələrində deyib.

O bildirib ki, DİN-i ən çox narahat edən məsələ geniş yayılmış kiber dələduzluq, kiber oğurluq hallarıdır.

"Burada şəxsi təhlükəsizlik qorunmalıdır, çünki bu məsələ şəxsin əlaqəsi olan digər şəxsləri də əlaqələndirir. Xüsusilə, bank kartları ilə bağlı diqqətli olmaq lazımdır. Heç bir şəxs tanımadığı şəxslərə şəxsi məlumatlarını verməməlidir. Burada maarifləndirmə işlərinə böyük ehtiyac var", - o, əlavə edib.

O bildirib ki, kibercinayətkarlığa sadəcə təhsili aşağı olanlar deyil, yüksək vəzifəli şəxslər, həkimlər də məruz qalırlar.

Избранный
0
teleqraf.com

1Источники