Bakı. Trend:
Azərbaycanda təhsil müəssisələrinə tələbə qəbulu qaydalarıdəyişib.
Trend xəbər verir ki, bununlabağlı Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsilmüəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, indiyə qədər I ixtisas qrupu üzrəriyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsiilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olanixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlərəlavə olaraq informatika fənnindən fərq imtahanı verməli idi.
Qərara əsasən, bu tələb ləğv olunub.