RU

Türkiyədə qeyri-leqal miqrasiya ilə məşğul olan onlarla şəxs saxlanılıb

Bakı. Trend:

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya qeyri-leqalmiqrasiyanın təşkilatçıları və ortaqlarına qarşı növbətigenişmiqyaslı əməliyyatın başlanması barədə açıqlama verib.

Trend xəbərverir ki, Türkiyənin bütün ərazisini əhatə edən əməliyyata polis vəjandarma ilə yanaşı, sahil mühafizə qüvvələri də cəlb olunub.

Nazir sosial şəbəkədə yazıb: “Limanlarda, ictimai nəqliyyatdayanacaqlarında və şəhərlərarası nəqliyyat stansiyalarındaümumilikdə 420 269 nəfərin şəxsiyyəti yoxlanılıb. Hüquq-mühafizəorqanlarının əməkdaşları sökülməsi nəzərdə tutulan 4 309 binayabaxış keçirib”.

Keçirilən əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizəorqanlarının əməkdaşları qanunsuz miqrasiyanın təşkili ilə məşğulolan 21 nəfəri, o cümlədən 547 qanunsuz miqrantı saxlayıblar.

A.Yerlikaya Türkiyə hüquq-mühafizə orqanlarının bütünhərəkətlərində insan hüquq və azadlıqlarının fundamentalprinsiplərini nəzərə aldığını və bunun bütün dünyaya nümunəolduğunu vurğulayıb.

Избранный
0
1
az.trend.az

4Источники