RU

İsrailli köçkünlər yerli fələstinlilərə hücum etdi


İşğal altında olan İordan çayının qərb sahilində məsgunlaşdırılmış israilli köçkünlərin hücumları nəticəsində iki əlil bacı olmaqla 5 fələstinli yaralanıb. Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın verdiyi məlumata görə, hadisə Əl-Xəlil şəhərinin şimalında, Sair kəndinin girişində baş verib. Bir qrup israilli köçkün hər ikisi əlil olan Diina və Dunya Yusuf Jeradat bacılarına hücum edib. Agentliyin məlumatına görə, qadınlar döyülüb və onların üzərinə naməlum maye atılıb. Hər ikisi tibb məntəqəsinə aparılıb. Fələstinli fəal Sami Muhamire Anadolu agentliyinə bildirib ki, silahlı mühacirlər Əl-Xəlilin cənubundakı Masafir Yatta bölgəsinin sakinlərinə də hücum ediblər. Nəticədə 3 fələstinli yaralanıb.

Surxay Əliyev

Избранный
0
baki-xeber.com

1Источники