"Unutmuş Çoktan", "Cennet", "Biri Bana Gelsin", "Takvim" kimi mahnıları ilə tanınan Ferhat Göçer, həkimlik keçmişinə baxmayaraq, musiqi karyerasını davam etdirir.
News24.az xəbər verir ki, məşhur müğənni psixoloji durumu ilə bağlı etirafı ilə gündəmə gəlib.
Ferhat Göçer, "Kənardan baxanlar mənim obsesif bir insan olduğumu görə bilər. Ola bilər ki, borderline (sərhəddə şəxsiyyət pozuntusu) xəstəliyinə sahibəm. Keçmişə bağlı bir insanam, bu mənim ən böyük problemimdir" deyib.
Göçer duygusal olaraq nə qədər kövrək olduğunu da bu sözlərlə izah edib:
"Məşğul olmaq məni bu vəziyyətdən ancaq xilas edə bilər. Əks halda dayandığım o bataqlıqda itirəm".
Günel Məlikzadə