RU

Çin Yerin hərəkətini yavaşıdıb

AzVision.az xəbər verir ki, alimlərin hesablamalarına istinad edən NASA-nın yaydığı məlumata görə, nəhəng həcmdə suyun süni su anbarına hərəkəti Yerdə kütlənin paylanmasını dəyişib və bu da planetin ətalət komponentinin artmasına səbəb olub.

Qurumun hesabatlarında qeyd edilir ki, bu, Yerin fırlanmasında bir qədər ləngiməyə səbəb olub: günün uzunluğu təqribən 0,06 mikrosaniyə artıb, planetin fırlanma oxu isə təxminən 2 santimetr dəyişib.

“Bu fenomen fiqurlu konkisürmədə olduğu kimi eyni prinsiplə izah olunur: bir idmançı qollarını uzadarkən onun fırlanması yavaşıyır - ekvatora yaxın kütlənin yenidən bölüşdürülməsini alan bir planet bir az yavaş fırlanmağa başladığı kimi”,- NASA bildirib.

Qeyd edək ki, “Üç dərə” bəndi Çinin Hubei əyalətindəki Yantszı çayı üzərində yerləşir və 39 trilyon kiloqramdan çox - təxminən 45 kub kilometr - su tutmaq qabiliyyətinə malikdir. Bu, Cenevrə gölündə olan suyun həcmindən təxminən 10 dəfə çoxdur.

Sahil İsgəndərov
AzVision.az
Избранный
0
1
azvision.az

2Источники