RU

"Arsenal" "Real"ın hücumçusunu istəyir

"Real Madrid"in hücumçusu Brahim Diaz karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə 25 yaşlı futbolçunun xidmətində “Arsenal” klubu maraqlıdır.

"Topçular"ın baş məşqçisi Mikel Arteta şəxsən Diazın imzalanması üçün danışıqlarda iştirak edir.

Brahim 2027-ci ilin iyun ayının sonuna qədər "kral" klubu qarşısında müqavilə öhdəlikləri ilə bağlıdır. Transfermarkt portalı futbolçunun bazar dəyərini 45 milyon avro olaraq qiymətləndirir. İspaniya çempionatının cari mövsümündə Diaz 28 oyun keçirib, 4 qol vurub və iki məhsuldar ötürmə edib.

Избранный
0
17
90deqiqe.az

10Источники