RU

Bakının bu ərazilərindəki qanunsuz həyət evləri sökülə bilər – AÇIQLAMA

Bir ara həyət evlərinin söküləcəyi, plana düşəcəyi ilə bağlı söz-söhbət gəzirdi. Çox adam da evinin kv metrini artırırdı ki, çox pul əldə edə bilsin.

Məsələ ilə bağlı Tribunainfo.az-a danışan əmlak eksperti Elnur Azadov hansı ərazilərdəki həyət evlərinin söküləcəyi barədə məlumat verib.

Əmlak eksperti bildirib ki, Bakı Şəhər Baş Planı artıq il yarımdır ki, ictimai təqdim olunaraq təsdiq olunubdur. Həmin baş planda hansı ərazilərin yaşayış üçün nəzərdə tutulması, yaxud da perspektiv olması qeyd olunubdur. Bakı-Abşeron şəhərinin bir çox ərazilərində fərdi evlər var ki, onların bir qismi hələ sovet dövründə qanunsuz inşa olunubdur. Onların hələ sovet dönəmində qismən sökülməsinə başlanılmışdır.

Qaraçuxur, Bakıxanov, Hövsanın bəzi əraziləri, Yasamal ərazisində olan evlər, Suraxanı dakı bəzi ərazilər, Binəqədi və demək olar ki, bütün ərazilərdə sovet hökuməti vaxtında müəyyən əraziləri sökürdülər. Onların yerlərindən çoxmənzilli binalar tikirdilər. Ələxsus da 9 mərtəbəli binalar tikilirdi. Lakin sovet hökuməti dağıldı və proses dayandı. 90-cı ildən etibarən bu sahədə daha çox qanunsuz tikililər ərsəyə gəldi. Eyni zamanda bələdiyyə torpaqları. Misal üçün fərdi evlərin sökülməsi ilə bağlı hər hansı rəsmi açıqlama yoxdur. Bəzi ərazilərdə dövlət hesabına bir ara qanunsuz tikililəri sökdülər. Bunlar dəmiryolu xətti yaxınlığında olan evlər idi. Magistral yollara normadan çox yaxın olan evlər idi. Ümumilikdə bunların sayı çox olmadı. “Sovetski” kimi tanıdığımız ərazi uzun müddətdir ki, 15 ilə yaxındır, sökülür. Qalıq sahələr var ki, onların yaxın vaxtlarda sökülməsi nəzərdə tutulubdur. Fərdi evlər kompakt tikilən yerlərdə sökülməsi dövlət tərəfindən yaxın vaxtlarda sökülməsi nəzərdə tutulmayıb. Faktiki olaraq belə ərazilərdən biri də “Xutor”, “Varovski” adlanan ərazilərdir. Bu ərazilərdə söküntü işləri qismən aparılacaq və planı da var.

Fərdi evlərin özəl şirkətlər tərəfindən sökülməsi bu artıq açıq məsələdir. Özəl şirkətlərin müraciətlərindən asılıdır. Perspektiv olaraq deyə bilərəm ki, bu “Alatava” ərazisidir, Bakı Ağ şəhər layihəsinin davamıdır, Yasamal, Nəsimi, Nərimanov rayonu daş karxanası küçəsi və onun ətraflarındakı evlər həddindən artıq çoxdur. Eyni zamanda Binəqədi rayonunda belə evlər həddindən artıq çoxdur. Ümumilikdə vəziyyət belədir.

Избранный
0
1
moderator.az

2Источники