RU

Akademik İsa Həbibbəyli Rusiya EA-nın vitse-prezidenti ilə görüşüb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rusiya Elmlər Akademiyasının
(REA) vitse-prezidenti akademik Sergey Aldoşinlə görüşüb.
AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə çıxış edən akademik İsa
Həbibbəyli bildirib ki, çoxəsrlik Azərbaycan-Rusiya elmi-mədəni əlaqələri hər iki
ölkənin elmi qurumları arasında da səmərəli əməkdaşlıq üçün geniş imkanlar
yaradır.
AMEA rəhbəri qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə Rusiya
Elmlər Akademiyası arasında tarixi ənənələrə dayanan əməkdaşlıq əlaqələri
mövcuddur və müstəqillik illərində də bu münasibətlər qorunmuş, əməkdaşlıq
müqavilələri imzalanmış, ötən il REA-nın 300 illiyi münasibətilə keçirilən
tədbirlər zamanı isə gələcək tədqiqatlar üçün birgə yol xəritəsi
müəyyənləşdirilmişdir.
Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Sergey Aldoşin isə
çıxışında qonaqpərvərliyə görə minnətdarlığını bildirib Rusiya Elmlər
Akademiyasının prezidenti akademik Gennadi Krasnikovun salamlarını çatdırıb.
İkinci dəfə Bakını ziyarət etdiyini bildirən Gennadi Krasnikov AMEA ilə REA
arasında elmi əlaqələrin qarşılıqlı etimada, dostluğa və uzunmüddətli əməkdaşlıq
ənənələrinə əsaslandığını vurğulayıb və bu əməkdaşlıq çərçivəsində gələcəkdə
daha genişmiqyaslı tədqiqatların aparılması üçün böyük potensial mövcuddur. O,
həmçinin vurğulayıb ki, müasir çağırışlar fonunda elmin rolu daha da artır və bu
baxımdan, beynəlxalq tərəfdaşlıq elmi innovasiyaların sürətlənməsi baxımından
xüsusi əhəmiyyət kəsb edir.
Akademik Sergey Aldoşin həmçinin Rusiyada elm və təhsil sahəsində aparılan
islahatlar və Rusiya EA-nın bu islahatlar çərçivəsində yeni mövqeyi və vəzifələri
barədə məlumat verib.
Çıxışlardan sonra xatirə şəkilləri çəkdirilib.
Görüşdə Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Abel Məhərrəmov
və AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla
iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva da iştirak
ediblər.
Избранный
0
4
veteninfo.az

5Источники