"Lester"in müdafiəçisi Meme Okolie "Milan"a keçə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, komanda Premyer Liqadan aşağı düşdükdən sonra futbolçunu saxlamaq çətin olacaq.
Milanın 23 yaşlı futbolçunu izlədiyi və tezliklə danışıqlara başlayacağı bildirilir.
Futbolçu ilə İngiltərə klubları da maraqlanır.