RU

Ombudsmanın fəaliyyətinin geniş ictimaiyyətə təqdim olunmasında da media subyektlərinin rolu danılmazdır - Araz Əsgərli

Bakı. Trend:

Ombudsmanın geniş fəaliyyət həyata keçirməkdədir və bufəaliyyətin geniş ictimaiyyətə təqdim olunmasında da mediasubyektlərinin rolu danılmazdır.

Trend xəbərverir ki, bunu Ombudsman Aparatının Mətbuat katibi Medianınİnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimaiproseslər media müstəvisində” mövzusunda 2-ci Forumun “Konstitusiyavə Suverenlik İlində müdia gündəmi” adlı panel sessiyasında çıxışızamanı deyib.

O bildirib ki, Müvəkkilin fəaliyyətində beynəlxalq və yerlimedia ilə əməkdaşlığın daha sıx və səmərəli təşkilinə xüsusi diqqətyetirilir:

“Bu əməkdaşlıq Ombudsmanın fəaliyyətinin beynəlxalq və yerlimediada işıqlandırılması, mətbuatda ictimailəşdirilən problemlərin,media subyektlərinin özlərindən daxil olan müraciətlərin, habeləmediada məlumatların dərc olunması ilə əlaqədar yol verilən insanhüquq pozuntuları hallarının araşdırılması, maarifləndirmətədbirlərinin həyata keçirilməsi istiqamətində davam etdirilir.

Daxil olan şikayətlər, eləcə də mediada, sosial şəbəkəresurslarında yayımlanan və şəxslərin, xüsusi ilə də əhalininhəssas qruplarının hüquqlarını pozan, şəxsi və ailə həyatına, şərəfvə ləyaqətə toxunan müxtəlif məzmunlu məlumatlarla bağlıtərəfimizdən aidiyyəti qurumlarla birgə araşdırmalar həyatakeçirilir”.

A.Əsgərli əlavə edib ki, media nümayəndələrinin hüquqlarınınmüdafiəsi də daim diqqətdə saxlanılan məsələlərdən biridir.

“Media nümayəndələrinin informasiya əldə etmək hüququnun təmini,qanunvericiliklə müəyyən edilmiş müddətdə onların sorğularınıncavablandırılması barədə müraciətləri də araşdırılır və buistiqamətdə zəruri tədbirlər görülür.

Bütün bunlarla yanaşı, media subyektləri üçün insan hüquqlarıüzrə maarifləndirici təlimlərin təşkili onların bu sahədəməlumatlılığının artırılması baxımından olduqca əhəmiyyətlidir. Buistiqamətdə də fəaliyyətin həyata keçirilməsi bizim üçünprioritetlərdəndir və nəzərdə tutulur”, - deyə o qeyd edib.

Избранный
0
az.trend.az

1Источники