Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Prezident Kuboku-2025” beynəlxalq turniri başa çatıb.
Futbolpress.az xəbər verir ki, son yarış Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olub. Yarışda Azərbaycanın daha altı avarçəkəni medal qazanıb.
2009-2010 təvəllüdlü idmançılardan İvan Vorobyanski/Hüseyn Həsənov cütlüyü 200 metr məsafəyə kayak yarışında gümüş, Vacib Babayev/Nuran Rəhimli dueti isə bürünc medal əldə edib.
2011-2012 təvəllüdlülərdən eyni növdə Əziz Əhmədli/Kamal Tağıyev cütlüyü gümüş, Sənan Cəfərzadə/Tahir Mövsumov dueti isə bürünc medala sahib çıxıb.
2006-2007 təvəllüdlülərdən Nurlan Paşayev/Cahangir Məmmədli cütlüyü akademik avarçəkmədə gümüş mükafat qazanıb.
2009-2010 təvəllüdlülərdən Əlimurad Hacızadə kayak növündə 1000 metr məsafəyə yarışda qızıl medalçı olub.
Azərbaycan təmsilçiləri daha əvvəl 8 medal qazanıblar.