RU

“Böyük Dəbilqə”: İki cüdoçumuz 1/4 finalda

Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilib.

Apasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 2 cüdoçusu tatamiyə çıxıb.

60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/8 finalda Acıtı Dombuu (IJF) ilə qarşılaşıb. Təmsilçimiz ipponla qalib gələrək 1/4 finala yüksəlib. O, burada Anvarjon İbrohimovla mübarizə aparacaq.

66 kq çəki dərəcəsində Yaşar Nəcəfov 1/8 finalda Tacikistan təmsilçisi Exson Safarzoda ilə qarşılaşıb. Qalib gələn Nəcəfov adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, yığmamız yarışa 8 cüdoçu ilə yollanıb.

Cüdoçularımız Avropa çempionatını 5 medalla başa vurublar

Riçard Trautman: "Los-Anceles-2028 bizim uzunmüddətli hədəfimizdir"

Olimpiya çempionumuz finalda məğlub oldu

Olimpiya çempionumuz yarımfinalda

Hidayət Heydərov Avropanın ən yaxşısı seçildi

Избранный
0
3
apasport.az

6Источники