“Sumqayıt” Futbol Klubu 2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, komanda müdafiəçi İsa Sulimanla qüvvədə olan müqaviləni daha 2 il müddətinə uzadıb.
Qeyd edək ki, 2023/24 mövsümündən “Sumqayıt”da çıxış edən İsa Suliman 27 Premyer Liqa və 2 kubok matçında meydanda olub. O, bu matçlarda 4 qol vurmağa nail olub.