RU

“Qalatasaray” “Real”ın futbolçusunu istəyir - Musleranın əvəzinə

Heyətini gücləndirmək istəyən "Qalatasaray" transfer çalışmalarını davam etdirir.

Apasport.az xəbər verir ki, klub qapıçı axtarışına çıxıb.

Fernando Musleranın mövsümün sonunda komandanı tərk etmək ehtimalı yüksəkdir. 

Bu səbəbdən "sarı-qırmızılılar" ona əvəzləyici axtarışlarına start verib. Artıq "Cimbom"un bu mövqeyə əsas namizədi də bəlli olub.

"Qalatasaray" "Real"ın qolkiperi Andrey Luninlə yaxından maraqlanır. İspaniya mətbuatında ukraynalının ehtiyat oyunçular skamyasında oturmaqdan məmnun olmadığı və menecerinin bir neçə klubla danışıqlar apardığı bildirilir.

Tərəflər arasında rəsmi danışıqlar başlamasa da, onun uğrunda mübarizədə "Qalatasaray" üstündür.

Qeyd edək ki, Luninin transfer dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.

Qətərin yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

Mən sənin yaşında olanda... - Messi və Ronaldo Yamalın kölgəsində

La Liqadan Premyer Liqaya

“Bayer” Əlcəzair millisinin üzvünü transfer edib - RƏSMİ

Həftənin ən yaxşısı adına namizədlər bəlli oldu

Избранный
0
1
apasport.az

2Источники