RU

Fabio Kapello Lamin Yamalın oyununu şərh etdi

Məşhur italyan mütəxəssis Fabio Kapello “Barselona”nın 17 yaşlı ispaniyalı yeniyetmə hücumçusu Lamin Yamalın oyununu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis Yamalın UEFA Çempionlar Liqasının evdə “İnter”lə ilk yarımfinal oyunundakı çıxışından danışıb.

Yamal 3:3 hesabı ilə başa çatmış bu oyunda qolla fərqlənib.

“Yamal? O, fədakardır və meydanı əla görür – ötürmələri onun sözünü deyirlər.

Robert Levadovskinin bu oyunda yoxluğu hiss edilirdi: o, meydanda olanda, Yamalın ötürmələri daha da təhlüləkəli ola bilər. Ümid edək ki, cavab oyununda o, olmayacaq.

Mən Lionel Messini də bu yaşında görmüşəm, mənim üçün o, Yamaldan daha böyük əhəmiyyəti ehtiva edirdi”, deyə Fabio Kapello müntəzəm surətdə müqayisə edilən futbolçulara dair nöqteyi-nəzəri ilə fikrini tamamlayıb.

Xatırladaq ki, Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.

Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 49 oyuna çıxıb, 15 qol və 24 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 100 oyun, 22 qol və 33 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Избранный
0
33
arena.az

10Источники