RU

Cənubi Koreyanın keçmiş baş naziri prezidentliyə namizədliyini irəli sürmək istəyir

Mayın 2-dək müvəqqəti prezident vəzifəsini icra edəcək Cənubi Koreyanın keçmiş baş naziri Han Duk-su iyunun 3-də keçiriləcək prezident seçkilərində iştirak edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

“Mən əlimdən gələni edəcəyəm ki, qarşıdan gələn prezident seçkilərində xalq məni seçsin”,- deyə o qeyd edib.

Han Duk-su bir neçə seçki vədləri də verib. O, konstitusiya islahatını başa çatdırmaq üçün üç il vaxt lazım olduğunu və bu müddətin sonunda istefa verməyə hazır olduğunu bildirib. Hazırda prezidentlik müddəti beş ildir.

Cənubi Koreyalı siyasətçi çıxışında Amerika tariflərinə də toxunub. O, iqtisadi təcrübəsindən ticarət böhranını həll etmək üçün istifadə etmək istədiyini qeyd edib.

Избранный
0
50
operativmm.az

10Источники