RU

Yamalın atasından “Real” azarkeşlərinə: “Oğlumu tənqid etməyin”

“Barselona”nın futbolçusu Lamin Yamalın atası Munir Nasraui “Real” azarkeşlərinin oğluna ünvanladığı tənqidlərə cavab verib.

Msport.az xəbər verir ki, o, Madrid klubunun fanatlarından oğlu haqqında mənfi fikirlər səsləndirməməyi xahiş edib:

“Lamin təkcə “Barsa”da deyil, həm də milli komandada oynayır. Belə gənc yaşda Kataloniya klubunda 100 oyun keçirmiş oğlanı tərifləməliyik. İnsanların onun haqqında pis danışmasını xoşlamıram. Onu qınamaq lazım deyil. “Barsa” azarkeşləri “Real”ın gənc istedadlarını təhqir etmirlər”.

Qeyd edək ki, Yamal bu mövsüm “Barselona” ilə bütün turnirlərdə 49 oyun keçirib, 15 qol vurub və 24 məhsuldar ötürmə edib. Futbolçunun dəyəri 180 milyon avrodur.

Избранный
0
msport.az

1Источники