RU

Türkiyə millisinin baş məşqçisi: Qardaş ölkədə olduğumuzu ürəkdən hiss edirik

MİNGƏÇEVİR, 2 may. TELEQRAF

“Bu yarış yığmamızın üzvləri üçün gözəl təcrübə olacaq".

Teleqraf xəbər verir ki, bunu Türkiyə yığma komandasının baş məşqçisi Uğur Sever Mingəçevirdə keçirilən Beynəlxalq “Prezident Kuboku-2025” reqatası zamanı jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycana ilk dəfədir səfər etdiyini bildirib: “Burada bizi çox yaxşı qarşıladılar.

Yarış ərazisində bizə kömək edən könüllülər var. Hələ ki heç bir problem yaşamamışıq. Qardaş ölkədə olduğumuzu ürəkdən hiss edirik. Qarabağ bölgəsini də ziyarət etmək fürsətimiz oldu. Suqovuşan və Köndələnçay ərazilərində çox gözəl tədbirlər təşkil olunmuşdu. Xüsusilə də yarışın açılış mərasimində çox əyləndik.

Uğur Sever turnirdə güclü rəqabətin olduğunu söyləyib: “İdmançılar bir-birlərinə yaxın göstəricilərlə finiş xəttinə çatırlar. Bu yarış yığmamızın üzvləri üçün gözəl təcrübə olacaq".

Qeyd edək ki, “Prezident Kuboku-2025” reqatasına bu gün yekun vurulacaq.

Избранный
0
1
teleqraf.com

2Источники